featured-image-43264

Azərbaycan Basketbol Liqasında XIV turun daha bir oyunu keçirilib.

Msport.az-ın məlumatına görə, günün yaganə matçında “Gəncə” “Sərhədçi”ni qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitir – 78:72. Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran “Sərhədçi” 6-cı pilləyə yüksəlib. Meydan sahibləri 16 xalla 9-cudur.

Qeyd edək ki, tura fevralın 11-də “NTD İndiqo” – “Xırdalan” görüşü ilə yekun vurulacaq. Daha əvvəl “Neftçi” “Sabah”ı (101:87), “Xəzri” “Şəki”ni (94:85), “Sumqayıt” “Cəlilabad”ı (109:99) məğlub edib.

Bənzər xəbərlər