featured-image-48935

Bu gün Azərbaycan Kubokunda 2023/2024 mövsümünün final qarşılaşması keçiriləcək.

Msport.az xəbər verir ki, Peşəkar Futbol Liqası saat 20:00-da “Liv Bona Dea Arena”da baş tutacaq finala gələcək azarkeşlərə 2 saat əvvəldən stadiona gəlmələrini tövsiyə edib. 

Qapılardan giriş aşağıdakı kimi olacaq:

GİRİŞ 1 – Sektor 4, 5, 6, 7, 8, 9, MEDİA.

GİRİŞ 2- Sektor 1, 2, 3, 10, VIP LOUNGE.

Qeyd edək ki, qarşılaşmadan öncə saat 19:00-da xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert proqramı təşkil ediləcək.

Həlledici matçda “Zirə” və “Qarabağ” komandaları üz-üzə gələcəklər.

Bənzər xəbərlər