Pike Şakiraya görə fitə basıldı
Barselona” ilə “Real” arasında ABŞ-da keçirilən yoxlama oyununda (1:0) Kataloniya klubunun azarkeşləri Jerar Pikeni fitə basıblar.
Msport.az “Marca”ya istinadən xəbər verir ki, mərkəz müdafiəçisi 62-ci dəqiqədə meydana daxil olub. Onun topa hər toxunuşunu isə Las-Veqasdakı azarkeşlər etirazla qarşılayıblar. Fanatlar bir neçə dəfə futbolçunun keçmiş həyat yoldaşı Şakiranın adını qışqıraraq, müğənniyə dəstək olublar.
Oyundan sonra Pikenin fitə basılması ilə əlaqədar Jordi Albaya sual verilib. “Barsa”nın futbolçusu belə cavab verib:
“Bilmirəm bu nə ilə bağlı idi. Fit səslərini eşidirdik. Düşünmürəm ki, buna görə Pike narahat olur. Bilirik ki, ona necəsə təsir etmək mümkün deyil. Məncə, fit səsləri onu daha da motivasiya edir”.
İyunun əvvəlində Pike və Şakira 12 illik münasibətdən sonra ayrılıblar. Cütlüyün “Barselona”nın futbolçusunun xəyanəti səbəbindən ayrıldığı deyilir.







