featured-image-68672

“Fiorentina”nın baş məşqçisi Stefano Pioli Konfrans Liqasının pley-off məehələsinin “Polissya” ilə oyunundan sonra açıqlama verib. Msport.az xəbər verir ki, görüş İtaliya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 44-cü dəqiqəsində Florentsiya klubu 2:0 öndə olarkən azərbaycanlı baş hakim Əliyar Ağayev italyanların hücumçusu Moyze Kinə qırmızı vərəqə göstərib. Həmin epizodda “Polissya”nın müdafiəçisi Eduard Sarapiyy Moyze Kinin saçlarını dartıb və “Fiorentina”nın futbolçusu rəqibə dirsəklə zərbə endirib.

Oyundan sonra Pioli bu epizodu dəyərləndirib: “Moyze səhv etdi və reaksiya qırmızı vərəqəyə layiq idi. Lakin rəqib də onun saçından tutub çəkilməsinə görə cəzalanmalı idi. Ona ürəyim ağrayır. Bu vəziyyətlərdən dərs alacaq”.

Bənzər xəbərlər