Pirlo ÇL-in favoritlərini açıqladı
İtaliya millisinin, “Milan” və “Yuventus”un sabiq yarımmüdafiəçisi Andrea Pirlo UEFA Çempionlar Liqasının cari mövsümündən danışıb.
Msport.az xəbər verir ki, mütəxəssis favorit hesab etdiyi komandaların adlarını çəkib:
“Məncə, bu mövsüm “Liverpul”, “Barselona” və PSJ favoritdir”.
Qeyd edək ki, ÇL-in final matçı 2026-cı ilin may ayının 30-da Budapeştdəki “Puşkas Arena”da keçiriləcək. Turnirin son çempionu PSJ-dir.







