featured-image-48902

I Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib.

Msport.az PFL-ə istinadən xəbər verir ki, ilk oyun “Cəbrayıl”ın ev sahibliyi ilə iyunun 9-u saat 18:30-da “ASCO Arena”da keçiriləcək.

Cavab oyunu iyunun 15-də olacaq. İyun ayının 5-dək Saatlı Olimpiya İdman Kompleksinin stadionuna yayım və təşkilati məsələlər ilə bağlı baxış keçiriləcək.

Təftişə əsasən cavab oyununun yeri və saatı açıqlanacaq. Qeyd edək ki, hər iki oyunda “Cbc Sport” telekanalı tərəfindən canlı yayım və VAR sisteminin tətbiqi nəzərdə tutulub.

Bənzər xəbərlər