featured-image-82604

“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinin qarşıdakı Millətlər Liqası matçlarına dəvət alıb.

Msport.az xəbər verir ki, Qazaxıstan millisinin yeni baş məşqçisi Con van Şip 28 futbolçudan ibarət yekun heyəti müəyyənləşdirib.

Pokatilov siyahıdakı dörd qapıçıdan biri olub. “Sabah”ın qapıçısından əlavə, Temirlan Anarbəkov (“Kayrat”), Bekxan Şayzada (“Ordabası”) və Aleksandr Zarutski (“Aktobe”) də dəvət alıblar.

Qazaxıstan millisi dörd matç keçirəcək. Komanda sentyabrın 26-da səfərdə Farer adaları, sentyabrın 29-da isə Slovakiya ilə oynayacaq.

Daha sonra qazaxıstanlılar iki ev qarşılaşması keçirəcəklər: oktyabrın 2-də Moldova, oktyabrın 6-da isə yenidən Farer adaları ilə qarşılaşacaqlar.

Beləliklə, Pokatilov milli komandanın heyətində Azərbaycan çempionatını təmsil edərək bu matçlarda iştirak edə bilər.

Bənzər xəbərlər