Premyer Liqa: “Kəpəz” “Karvan-Yevlax”la qarşılaşır
Azərbaycan Premyer Liqasında bu gün II turun daha bir oyunu keçiriləcək.
Msport.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Kəpəz” “Karvan-Yevlax”la qarşılaşacaq.
Qəbələ şəhər stadionunda baş tutacaq matçın start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, turun əvvəlki matçlarında “İmişli” “Neftçi” ilə qolsuz bərabərə qalıb, “Sumqayıt” isə səfərdə “Qarabağ”a (1:0) qalib gəlib. Digər görüşlər avqustun 24-25-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
II tur
23 avqust
19:00. “Kəpəz” – “Karvan-Yevlax”
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu