Premyer Liqa: "Kəpəz" "Səbail"ə qarşı
Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu bu gün baş tutacaq.
Msport.az xəbər verir ki, “Səbail” “Kəpəz”lə üz-üzə gələcək.
Qəbələ şəhər stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. Paytaxt təmsilçisi 28 xalla beşinci, Gəncə klubu 20 xalla 9-cu pilədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXII tur
15:00. “Kəpəz” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun ilk matçında “Qarabağ” “Sabah”la heç-heçə edib – 3:3. XXII turun digər oyunları fevralın 13-də olacaq.