"Turan Tovuz" liderliyə yüksəldi, "Sabah" Masazırda xal itirdi
Azərbaycan Premyer Liqasında VI tura bu gün iki oyunla yekun vurulacaq.
Msport.az xəbər verir ki, əvvəlcə “Turan Tovuz” Bakıda “Kəpəz”lə üz-üzə gəib.
“Azərsun Arena”da baş tutacaq qərb derbisi saat 16:30-da başlayıb. “Turan Tovuz” “Kəpəz”in qapısından 3 cavabsız top keçirib. Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran Tovuz təmsilçisi 1-ci pilləyə yüksəlib.
Turun bağlanış görüşündə “Sumqayıt” “Sabah”la münasibətlərinə aydınlıq gətirib.. “Bank Respublika Arena”dakı qarşılaşmanın start fiti saat 19:00-da səslənib. “Sabah” öz meydanında “Sumqayıt”ın müqavimətini qıra bilməyib – 1:1.
Premyer Liqa
VI tur
28 sentyabr
16:30. “Turan Tovuz” – “Kəpəz” 3:0
Qollar: Qollar: Aleks Souza, 32; Joarlem Santos, 35; Filip Ozobiç, 46
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
“Azersun Arena”
19:00. “Sabah” – “Sumqayıt” – 1:1
Qollar: Coy Lens Mikels, 26 (1:0); Rüstəm Əhmədzadə, 35 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ramil Diniyev
“Bank Respublika Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında “İmişli” “Zirə” ilə (1:1), “Şamaxı” “Araz-Naxçıvan”la (1:1), “Neftçi” isə “Karvan-Yevlax”la (0:0) heç-heçə edib. “Qarabağ” isə “Qəbələ”ni 2:0 hesabı ilə üstələyib.







