featured-image-77254

“Nyukasl” Entoni Qordon üçün “Bavariya”dan 75 milyon funt tələb edir.

Msport.az xəbər verir ki, ingilislər oyunçunun alman klubuna transferini yalnız bu məbləği təklif etməsi halında müzakirə etməyə hazırdır.

Daha əvvəl bildirilmişdi ki, 25 yaşlı cinah oyunçusu artıq yaxın çevrəsinə Münhen klubuna keçməyə hazır olduğunu deyib. “Bavariya” onu yay transfer pəncərəsi üçün əsas hədəflərdən biri kimi görür.

Alman klubunun ilkin qiymətləndirməsi təxminən 55 milyon funt olsa da, “Nyukasl” yalnız qiymət artırılarsa danışıqlara başlamağa hazırdır.

Hazırda “Bavariya” Qordon uğrunda yarışda “Liverpul” və “Arsenal”ı qabaqlayaraq favorit hesab olunur. Futbolçunun agentlərinin yaxın zamanda “Bavariya” nümayəndələri ilə görüşməsi gözlənilir.

Bu mövsümdə Entoni Qordon Premyer Liqada 26 oyun keçirib, 6 qol vurub və 2 assist edib.

Bənzər xəbərlər