Premyer Liqa klubu müdafiəçisini 2 aylıq itirdi
“Aston Villa”nın müdafiəçisi Yan Maatsen yaxın həftələrdə komandasına kömək edə bilməyəcək.
Msport.az xəbər verir ki, 24 yaşlı niderlandlı futbolçu “Nottingem Forest”lə oyunda (1:2) zədələnib.
Tibbi müayinədən sonra Maatsenin sağ ayaq biləyindən zədə aldığı müəyyənləşib. Onun təxminən 8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Beləliklə, müdafiəçi “Aston Villa”nın İngiltərə Premyer Liqası və Çempionlar Liqasındakı yaxın oyunlarını buraxacaq. O, həmçinin sentyabrın sonu və oktyabrın əvvəlində Millətlər Liqasında Almaniya, Serbiya və Yunanıstana qarşı keçiriləcək matçlarda Niderland millisinin heyətində yer ala bilməyəcək.
Maatsen bu mövsüm 6 oyunda meydana çıxıb.
“Aston Villa” Premyer Liqada 4 turdan sonra cəmi 1 xal toplayıb və 19-cu pillədə qərarlaşıb. Unay Emerinin komandası Çempionlar Liqasına isə “Brügge” üzərində 3:2 hesablı qələbə ilə başlayıb.







