featured-image-84959

“Kristal Palas” Tomas Frankı baş məşqçi vəzifəsinə rəsmən təyin edib.

Msport.az xəbər verir ki, 53 yaşlı danimarkalı mütəxəssislə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.

Frank bu vəzifədə noyabrın 12-də istefaya göndərilən Pyer Sajı əvəzləyib. Yeni baş məşqçinin köməkçisi Peddi Makkarti, qapıçılar üzrə məşqçi isə Endi Kuy olacaq. Məşqçilər korpusuna daha sonra əlavə mütəxəssislər də cəlb ediləcək.

Tomas Frank daha əvvəl “Brentford” və “Tottenhem” klublarını çalışdırıb. O, “Brentford”u Premyer Liqaya yüksəldib, “Tottenhem”dən isə bu ilin fevralında ayrılıb.

Qeyd edək ki, “Kristal Palas” İngiltərə Premyer Liqasında 10 turdan sonra 7 xalla sonuncu, 20-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər