Premyer Liqa klubunun yeni baş məşqçisi bilindi
İngiltərə Premyer Liqası təmsilçisi “Nottingem Forest”in yeni baş məşqçisinin kim olacağı müəyyənləşib.
Msport.az xəbər verir ki, yaxın günlərdə komandanın başına Şon Dayç keçəcək.
Tərəflərin artıq razılığa gəldiyi bildirilib. Dayçın son klubu Premyer Liqanın digər təmsilçisi “Everton” olub.
Qeyd edək ki, “Nottingem Forest”in sabiq baş məşqçisi Angelos Postekoqlu VIII turda “Çelsi”yə böyükhesablı (0:3) məğlubiyyətdən sonra vəzifəsindən göndərilib. Komanda hazırda turnir cədvəlində 5 xalla 18-ci yerdədir.