Premyer Liqa nəhəngi əlcəzairli futbolçu ilə maraqlanır
“Mançester Siti” Əlcəzair millisinin və “Bayer”in hücumameylli yarımmüdafiəçisi İbrahima Maza ilə maraqlanır.
Msport.az xəbər verir ki, hazırda klublar arasında heç bir əlaqə olmayıb. “Bayer” 20 yaşlı yarımmüdafiəçini saxlamaq niyyətindədir.
Maza bu mövsüm bütün turnirlərdə 38 oyunda meydana çıxıb, beş qol vurub və altı məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.







