featured-image-77116

“Çelsi” yay transfer pəncərəsi üçün heyətini gücləndirmək planlarını davam etdirir.

Msport.az xəbər verir ki, London klubu “Bornmut”un mərkəz yarımmüdafiəçisi Aleks Skottun xidmətində maraqlıdır.

“Albalılar” 22 yaşlı futbolçu üçün 50 milyon funt sterlinqdən çox təzminat tələb edirlər. Digər klubların da dövriyyəyə girməsi halında bu məbləğin daha da artacağı gözlənilir. “Zadəganlar”ın Skottu israrla istəməsinin əsas səbəbi Entso Fernandesin yayda komandadan ayrılma ehtimalının yüksək olmasıdır.

Cari mövsümdə Aleks Skott bütün turnirlərdə 34 matçda iştirak edib, dörd qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər