featured-image-85087

“Mançester Yunayted” qış transfer pəncərəsində heyətini ciddi şəkildə gücləndirməyi planlaşdırır.

Msport.az xəbər verir ki, İngiltərə klubu dörd futbolçunu transfer hədəfləri sırasına daxil edib.

Mançester təmsilçisi yeni baş məşqçi Maurisio Poçettinoya transfer bazarında geniş dəstək verməyə hazırlaşır. Klub “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer və “Nyukasl”ın sol cinah müdafiəçisi Luis Hollu heyətinə qatmaq istəyir. “Mançester Yunayted” müdafiə xəttini gücləndirmək üçün “Everton”un futbolçusu Cerrad Brentveyt və “Fulhem”in üzvü Kalvin Bessini nəzərdən keçirir.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında keçirdiyi 10 oyunda səkkiz xal toplayaraq 18-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər