Premyer Liqa nəhənginin hədəfindəki 74 milyonluq futbolçu
“Mançester Siti” hücum xəttini “Bornmut”un futbolçusu ilə gücləndirə bilər.
Msport.az xəbər verir ki, “şəhərlilər” qış transfer pəncərəsində “Bornmut”un 25 yaşlı hücumçusu Antuan Semenyonu heyətinə qatmağı planlaşdırır.
Mançester klubunun Qana millisinin üzvü üçün müqaviləsindəki sərbəstqalma maddəsini aktivləşdirməyi nəzərdən keçirdiyi bildirilir. Bu keçid reallaşarsa, “Mançester Siti” qarşı tərəfə təxminən 74 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvarından “Bornmut”da çıxış edən Semenyo cari mövsümdə Premyer Liqada keçirdiyi 12 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







