Premyer Liqa: "Qarabağ" "Şamaxı"ya qarşı
Bu gün Azərbaycam Premyer Liqasında III turdan təxirə salınmış oyun keçiriləcək.
Msport.az xəbər verir ki, çempionatın lideri “Qarabağ” “Şamaxı”nın qonağı olacaq.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:00-da start götürəcək.
Matçı Rəşad Əhmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Ağdam təmsilçisinin 41 xalı var. Meydan sahibləri isə 14 xalla 8-ci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
III turdan təxirə salınmış oyun
19 dekabr
14:00. “Şamaxı” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu