Premyer Liqa: “Sabah” “Turan Tovuz” səfərində
Azərbaycan Premyer Liqasında X tura bu gün start veriləcək.
Msport.az xəbər verir ki, günün yeganə oyununda “Turan Tovuz” “Sabah”ı qəbul edəcək.
Qarşılaşma Tovuz şəhər stadionunda, saat 18:30-da start götürəcək.
Ehtiyatda daha bir oyunu olan Bakı klubu 20 xalla birinci pillədə qərarlaşıb. Qərb təmsilçisi 9 matçdan sonra 15 xalla dördüncüdür.
Premyer Liqa
X tur
30 oktyabr
18:30. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında X tura noyabrın 2-də yekun vurulacaq.







