“Fənərbağça” və “Qalatasaray”ın futbolçusu cəzalandırıldı
Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Fənərbağça” və “Qalatasaray”ın futbolçularını cəzalandırıb.
Msport.az xəbər verir ki, buna komandalar arasında keçirilmiş Superliqa oyununda yaşananlar səbəb olub.
“Fənərbağça”nın oyunçusu Arçi Brauna 3, “Qalatasaray”dan Abdüllkerim Bardakçıya 2 oyunluq cəza verilib. Futbolçular matçda bir-biri ilə dava ediblər.
Qeyd edək ki, İstanbul derbisi “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.







