Premyer Liqa: "Qəbələ" və "Qarabağ" təxirə salınmış matçda üz-üzə
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınmış oyun keçiriləcək.
Msport.az xəbər verir ki, “Qəbələ” “Qarabağ”ı qəbul edəcək.
Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlanacaq. Görüşü Tural Qurbanovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Bu, “qırmızı-qaralar”ın yeni baş məşqçisi Kaxaber Sxadadzenin komandanın sükanı arxasında debüt oyunu olacaq.
Lider “Qarabağ”ın 54, sonuncu sıradakı “Qəbələ”nin 15 xalı var.
Azərbaycan Premyer Liqası
19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov