featured-image-68814

Azərbaycan Premyer Liqasının II turu qonaqların üstünlüyü ilə keçib.

Msport.az xəbər verir ki, 6 oyundan 5-də qonaqlar qələbə qazanıblar.

“Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” “Şamaxı”ya, “Zirə” “Qəbələ”yə eyni – 2:1, “Karvan-Yevlax” “Kəpəz”ə 3:2, “Sumqayıt” “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib. Yalnız “İmişli”nin qonağı olan “Neftçi” səfərdə xal itirib.

Meydan sahiblərinin eyni turun 5 matçında uduzması son 18 mövsümdə ilk dəfə qeydə alınıb. Son belə hal çempionatın PFL bayrağı altında keçirilməyə başlamasından da əvvəl – 2007-08 mövsümündə yaşanıb.

2007-ci il dekabrın 1-2-də keçirilən XIII turun 7 oyununda qonaqlar 5 qələbə əldə ediblər. Həmin vaxt “Neftçi” “ABN-Bərdə”ni, “Bakı” “Turan”ı eyni – 2:0, “Standard” “Gənclərbirliyi”ni 5:1, “Masallı” “Karvan”ı, “Olimpik” “Qarabağ”ı eyni – 1:0 hesabı ilə məğlub edib. “Qəbələ” – “İnter” və “Xəzər Lənkəran” – “Simurq” görüşlərində isə meydan sahibləri üç xala seviniblər – hər ikisi 2:1.

Bənzər xəbərlər