featured-image-42963

Azərbaycan Premyer Liqasında XXI tur bu gün başa çatır.

Msport.az xəbər verir ki, sonuncu sonuncu matçda “Kəpəz” Qəbələdə “Araz-Naxçıvan”ı qəbul edəcək.

Qəbələ şəhər stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. Görüşün baş hakimi FIFA referisi Kamal Umudlu olacaq.

Gəncə klubu 17 xalla 9-cu, Naxçıvan təmsilçisi 27 xalla 6-cıdır.

Azərbaycan Premyer Liqası, 

XXI tur

5 fevral (bazar ertəsi)

15:00. “Kəpəz”– “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu

Qeyd edək ki, XXI turda “Qarabağ” “Səbail”i, “Sumqayıt” “Neftçi”ni 2:1 hesabı ilə üstələyib. “Sabah” – “Turan Tovuz” və “Qəbələ” – “Zirə” matçları 1:1 hesabı ilə yekunlaşıb.

Bənzər xəbərlər