featured-image-69981

Azərbaycan Premyer Liqasında VI tura bu gün start veriləcək.

Msport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Zirə” “İmişli”nin qonağı olacaq. Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. Paytaxt təmsilçisi 11 xalla liderdir. Bölgə klubu 7 xalla yeddinci pillədə qərarlaşıb.

Günün ikinci matçında “Qarabağ” “Qəbələ” ilə üz-üzə gələcək. Görüş “Azərsun Arena”da, saat 19:00-da başlayacaq. Rəqiblərindən bir oyun az keçirən Ağdam komandası 7 xalla beşinci, “qırmızı-qaralar” isə 4 xalla onuncudur.

 

Azərbaycan Premyer Liqası

VI tur

26 sentyabr

 

15:30. “İmişli” – “Zirə”

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov

VAR: Elçin Məsiyev

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Quba Olimpiya İdman Kompleksinin stadionu

 

19:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Azərsun Arena”

 

Qeyd edək ki, VI tura sentyabrın 28-də yekun vurulacaq.

Bənzər xəbərlər