Premyer Liqada mövsümün ən yaxşıları - Runinin seçimi
“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusunu açıqlayıb.
Msport.az xəbər verir ki, o, 5 futbolçunu sıralayıb.
Runinin reytinqinə “Liverpul”un forvardı Məhəmməd Salah başçılıq edir. Növbəti yerləri Aleksander İsak (“Nyukasl”), Koul Palmer (“Çelsi”), Morqan Gibbs-Uayt (“Nottingem Forest”) və Bruno Fernandeş (“Mançester Yunayted”) tuturlar.
Bu futbolçuların cari mövsümdəki performansı belə olub:
Salah – 27 qol, 18 assist
İsak – 21 qol, 6 assist
Palmer – 14 qol, 8 assist
Gibbs-Uayt – 5 qol, 7 asssit
Fernandeş – 8 qol, 9 asssit.