featured-image-44240

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) vərəqələr, qayda pozuntuları və uzatma dəqiqələri ilə bağlı son bir ilin hesabatı dərc edib.

Msport.az CIES-in rəsmi saytına istinadən xəbər verir ki, siyahıda dünyanın 71 liqası ilə bağlı göstəricilər əksini tapıb.

Həmin müddətdə Azərbaycan Premyer Liqasında 179 matç keçirib. Hər qarşılaşmada orta hesabla 4,47 sarı vərəqə verib. Bu, dünyada ən çox xəbərdarlıq edilən 38-ci liqadır.

Çempionatımızdakı qırmızı vərəqələrin orta sayı 0,16-ya bərabərdir. Premyer Liqa ən intizamlı çempionatlardandır. Yalnız 12 liqada daha az qırmızı qeydə alınıb.

Premyer Liqanın hər görüşündə 27,56 qayda pozuntusu baş verib. Azərbaycan çempionatı ən çox qayda pozulan 10-cu liqadır.

Azərbaycan çempionatının qarşılaşmalarına orta hesabla 8 dəqiqə 11 saniyə artırılıb. Bu, ən az vaxt artırılan 22-ci liqadır.

Bənzər xəbərlər