featured-image-44497

Azərbaycan Premyer Liqasının XXV turunda 5 futbolçu cəzalı duruma düşüb.

Msport.az xəbər verir ki, onlardan dördü sarı, biri qırmızı vərəqə səbəbindən növbəti turu buraxacaq.

“Qəbələ”nin müdafiəçisi Lukas Afriko “Səbail”lə görüşdə (2:3) meydandan kənarlaşdırıldığı üçün “Sabah”la səfər matçını buraxacaq. “Araz-Naxçıvan” isə daha çox – 2 oyunçunun xidmətindən məhrum olub. “Sabah”la qarşılaşmadakı (0:2) sarı vərəqələr Mohammed Kadiri və Miço Kuzmanoviçin “Turan Tovuz”la görüşdə iştirakına əngəl yaradıb.

“Neftçi” və “Qarabağ” arasında Azərbaycan derbisində (1:4) iki oyunçu cəzalı duruma düşüb. Bakılılar Yuri Matiası, son çempion Marko Yankoviçi itirib. Braziliyalı müdafiəçi “Kəpəz”lə səfər oyununda, monteneqrolu yarımmüdafiəçi isə “Zirə” ilə ev duelində iştirak etməyəcək.

Qeyd edək ki, XXVI turun matçları martın 8-10-da keçiriləcək.

Bənzər xəbərlər