featured-image-42358

Azərbaycan Premyer Liqasında bu gün XIX turun son iki matçı oynanılacaq.

Msport.az xəbər verir ki, ilk görüş Qəbələdə olacaq. Şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edəcək. Meydan sahibləri 14 xalla sonuncu-10-cu pillədə qərarlaşıb. “Gənclik şəhəri” təmsilçisi 27 xalla 4-cü sıradadır.

Tur “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşması ilə başa çatacaq. “Köhlən atlar” 41 xalla liderdir. Naxçıvan klubu 26 xalla 6-cı sıradadır.

Azərbaycan Premyer Liqası

XIX tur

16:30. “Qəbələ” – “Sumqayıt” – 0:1
Qol: Kazimir Ninqa, 74 (penalti)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu

19:00. “Qarabağ”– “Araz-Naxçıvan”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun “Sabah” – “Neftçi” və “Səbail” – “Zirə” matçlarında hesab açılmayıb. Qərb derbisində isə “Kəpəz” “Turan Tovuz”a qalib gəlib – 2:1.

Bənzər xəbərlər