featured-image-60467

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçiriləcək.

“Report”un məlumatına görə, günün ilk matçında “Səbail” “Kəpəz”i qəbul edəcək.

Gəncə təmsilçisi 14 xalla 9-cu, “dənizçilər” 12 xalla 10-cu pillədə qərarlaşıb.

Günün ikinci qarşılaşmasında “Sabah” “Sumqayıt”ı qəbul edəcək. “Bayquşlar” 27 xalla beşinci, “gənclik şəhəri” təmsilçisi 20 xalla altıncıdır.

Azərbaycan Premyer Liqası, XX tur

25 yanvar

16:00. “Səbail” – “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.

VAR: Tural Qurbanov.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Rəhim Həsənov.

“ASCO Arena”

18:30. “Sabah” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Rəhman İmami, Rəşad Əhmədov.

VAR: Nicat İsmayıllı.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Orxan Məmmədov.

“Bank Respublika Arena”

Qeyd edək ki, tura yanvarın 26-da yekun vurulacaq. Ötən gün “Zirə” səfərdə “Şamaxı”ya qalib gəlib – 2:1.

Bənzər xəbərlər