featured-image-59320

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında ən çox penalti yerinə yetirən komanda bəlli olub.

Msport.az-ın məlumatına görə, 18 tur ərzində baş tutan 90 oyunda iyirmi 11 metrlik cərimə zərbəsi yerinə yetirilib.

Bu göstəriciyə görə “Turan Tovuz” birinci pillədə qərarlaşıb. Bölgə təmsilçisinin üzvləri 18 qarşılaşmada 6 dəfə penalti nöqtəsinə yaxınlaşıblar. Bunlardan üçü isə qeyri-dəqiq alınıb.

İkinci və üçüncü sıraları “Araz-Naxçıvan”la “Sabah” kollektivləri bölüşürlər. Hər iki klubun oyunçuları 18 matçda 3 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetiriblər. Naxçıvanlılar penaltilərin hamısını dəqiq yerinə yetiriblər. Paytaxt təmsilçisində isə bir penalti qolla nəticələnməyib.

Misli Premyer Liqasında 18 turun penalti mənzərəsi:
“Turan Tovuz” – 6 penalti (üçü qeyri-dəqiq)
“Araz-Naxçıvan” – 3 penalti (hamısı dəqiq)
“Sabah” – 3 penalti (biri qeyri-dəqiq)
“Zirə” – 2 penalti (hər ikisi dəqiq)
“Qarabağ” – 2 penalti (hər ikisi dəqiq)
“Kəpəz” – 2 penalti (biri qeyri-dəqiq)
“Sumqayıt” – 1 (dəqiq)
“Səbail” – 1 (qeyri-dəqiq)
“Neftçi” – penalti vurmaq imkanı qazanmayıb
“Şamaxı” – penalti vurmaq imkanı qazanmayıb

Qeyd edək ki, Misli Premyer Liqasında mövsümün ikinci yarısına yanvarın 17-də start veriləcək. XIX turun açılış matçında “Qarabağ” doğma meydanda “Şamaxı” ilə üz-üzə gələcək. (Report.az)

Bənzər xəbərlər