Premyer Liqamızda ilin sonuncu turu start götürür
Azərbaycan Premyer Liqasında 2024-cü ilin sonuncu, XVIII turu bu gün başlayacaq.
Msport.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
“Kəpəz” ev oyununda “Sumqayıt”ı qəbul edəcək. “Gənclik şəhəri” təmsilçisi 19 xalla altıncı, Gəncə klubu 10 xalla doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura 22 dekabrda yekun vurulacaq.
Premyer Liqa
XVIII tur
20 dekabr (cümə)
16:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu.