featured-image-42632

Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb.

Msport.az saytının məlumatına görə, bu, XX turun “Kəpəz” – “Qarabağ” oyununa təsadüf edib.

Gəncə şəhər stadionu yenidənqurmağa bağlandığı üçün “Kəpəz” rəqiblərini Qəbələdə qəbul edir. “Qarabağ”la keçirilən görüşdə isə tribunalarda cəmi 90 tamaşaçı olub. Bu da mövsümün ən aşağı göstəricisidi.

Buna qədər antirekord “Araz-Naxçıvan”a məxsus idi. Naxçıvan təmsilçisinin XV turda “Səbail”lə (1:1) ev matçına 120 azarkeş toplaşmışdı.

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bənzər xəbərlər