featured-image-43364

Azərbaycan Premyer Liqasında XXII tur bu gün başa çatacaq.

Msport.az xəbər verir ki, son olaraq üç qarşılaşma oynanılacaq.

Günün ilk matçında “Turan Tovuz” “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlanacaq. Meydan sahibləri 26 xalla 8-ci, qonaqlar 15 xalla sonuncu pillədə qərarlaşıb.

Çempionatda ardıcıl 8 matçda qələbə qazana bilməyən “Zirə” “Sumqayıt”la üz-üzə gələcək. Bu gün saat 17:15-də start götürəcək. Paytaxt klubu 31 xalla 4-cü, “gənclik şəhəri” təmsilçisi 34 xalla ikincidir.

Tura “Araz-Naxçıvan” – “Neftçi” oyunu ilə yekun vurulacaq. Bu matçın start fiti saat 19:30-da səslənəcək. Naxçıvan klubu 27 xalla 7-ci, “ağ-qaralar” 32 xalla üçüncüdür.

13 fevral (çərşənbə axşamı)

15:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu

17:15. “Zirə” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İK stadionu

19:30. “Araz-Naxçıvan”– “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Dalğa Arena”

Qeyd edək ki, turun əvvəlki matçında “Səbail” “Kəpəz”ə qalib gəlib – 4:1. “Qarabağ” – “Sabah” qarşılaşmasında qalib müəyyənləşməyib – 3:3.

Bənzər xəbərlər