featured-image-41811

Qış təlim-məşq toplanışını ölkə daxilində keçirən “Qəbələ” və “Kəpəz” bu gün ilk yoxlama görüşünü keçirəcəklər.

Msport.az xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gələcəklər.

Bu, Premyer Liqada turnir cədvəlinin son sıralarında qərarlaşan komandaların dueli kimi maraq doğurur.

Qəbələ şəhər stadionunda təşkil olunacaq matç saat 14:00-da başlayacaq. Bu, hər iki komandanın hazırlıq çərçivəsində ilk sınağı olacaq.

Bölgə klubları yanvarın 15-də ikinci yoxlama görüşünə çıxacaqlar. Həmin gün “Qəbələ” “Araz-Naxçıvan”la, “Kəpəz” isə “İmişli”i ilə öz meydanında qarşılaşacaq.

Bənzər xəbərlər