Premyer Liqamızın üç komandası toplanışa başladı
Azərbaycan Premyer Liqasında çıxış klublardan üçü bu gün qış təlim-məşq toplanışına başlayıb.
Msport.az-ın məlumatına görə, “Zirə”, “Şamaxı” və “Kəpəz” hazırlıqları bərpa ediblər.
Qeyd edək ki, hazırlıq dövründə “Zirə” 2 yoxlama oyunu keçirəcək. Rəşad Sadıqovun komandası yanvarın 9-da “Şamaxı”, 12-də isə “Qarabağ”la üz-üzə gələcək.
“Zirə” kimi iki oyun keçirəcək “Şamaxı”nın ikinci rəqibi “Sabah” olacaq (12 yanvar).
“Kəpəz” isə hazırlıq dövründə cəmi 1 yoxlama matçında qüvvəsini sınayacaq. Gəncə klubu yanvarın 9-da “Qarabağ”la qarşılaşacaq.