featured-image-42866

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Monteneqro yığmasına rəhbərlik edə bilər.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Monteneqro Futbol Assosiasiyası xorvatiyalı mütəxəssisin namizədliyini nəzərdən keçirir.
Qurum rəhbərliyi onu hazırkı baş məşqçi Miodraq Raduloviçin davamçısı kimi görür.

Təyinatın yaxın günlərdə gerçəkləşəcəyi gözlənilir.

Hazırda “Qarabağ”da çıxış edən Marko Veşoviçlə Marko Yankoviç də Monteneqro yığmasının formasını geyinir.

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Bənzər xəbərlər