“Qalatasaray” darmadağına sevindi - VİDEO
Türkiyə Superliqasında III tur davam edir.
Msport.az xəbər verir ki, son çempion “Qalatasaray” “Kayserispor”un qonağı olub.
“Sarı-qırmızılılar” səfərdən 4:0 hesablı qələbə ilə dönüb. Eren Elmalının dubl etdiyi matçda digər qollara Viktor Osimhen və Leroy Sane imza atıb.
3 turdan sonra “Qalatasaray” maksimum nəticə ilə – 9 xalla turnir cədvəlinə başçılıq edir.