featured-image-72255

“Qalatasaray” bu gün “Fənərbağça” ilə keçiriləcək İstanbul derbisinə ciddi itkilərlə çıxacaq.

Msport.az xəbər verir ki, “sarı-qırmızılar”ın 7 futbolçusu mühüm qarşılaşmanı buraxacaq.

Zədəli Vilfrid Sinqo, İsmayıl Yakobs, Kaan Ayxan və Berkan Kutlu, həmçinin qırmızı vərəqə cəzalısı Roland Şallai heyətdə yer almayacaq. Bundan əlavə, mərc oyunları ilə bağlı istintaq çərçivəsində cəzalanan Eren Elmalı və Metehan Baltacı da komandaya kömək edə bilməyəcək.

Sevindirici məqam zədələrini sağaldan Yunus Akgün, Viktor Osimhen və Mario Leminanın komanda ilə məşqlərə başlamasıdır. Osimhen və Leminanın start heyətində yer alacağı, Yunusun isə matça ehtiyat oyunçular skamyasında başlayacağı gözlənilir.

Qeyd edək ki, bu gün keçiriləcək derbi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bənzər xəbərlər