“Qalatasaray” “Napoli”nin futbolçusunu qaytarır
“Qalatasaray” hüquqları “Napoli”yə məxsus olan niderlandlı cinah yarımmüdafiəçisi Noah Lanq üçün transfer seçimini aktivləşdirməmək qərarına gəlib.
Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu mövsüm başa çatdıqdan sonra Neapol klubuna qayıdacaq.
Vingerin transfer qiyməti 30 milyon avrodur. Lanq bu mövsüm Türkiyə nəhəngində 17 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Qalatasaray” 74 xalla Super Liqanın turnir cədvəlinə liderliyə davam edir. Okan Burukun komandası növbəti oyununu mayın 9-da “Antalyaspor”a qarşı keçirəcək.







