“Qalatasaray” “Real”ın hücumçusunu istəyir
“Qalatasaray” “Real”ın cinah hücumçusu Rodriqo Qoesi icarəyə götürmək istəyir.
Msport.az xəbər verir ki, Türkiyə klubu ispanların 24 yaşlı futbolçunun maaşının yarısını bir neçə ay ərzində ödəyəcəyi təqdirdə belə müqavilə imzalamağa hazırdır.
Braziliyalı cinah oyunçusu daha çox oyun vaxtı qazanmaq üçün Çempionlar Liqası komandasına icarəyə verilə bilər.
Rodriqo Qoes cari mövsümdə 13 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar qiyməti 80 milyon avrodur.







