featured-image-43048

“Qalatasaray”ın futbol direktoru Cenk Ergünün ötən həftə “ASCo Arena”da keçirilən “Səbail” – “Qarabağ” oyununu izləməsi əbəs deyilmiş.

Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun rəsmisi Ağdam klubunun yarımmüdafiəçisi Toral Bayramovu iş başında görmək üçün Bayıla gəlib.

İddiaya görə, millimizin də formasını geyinən oyunçunu Türkiyədə legioner statusu daşımaması “Cim-Bom”un ona olan marağını bir qədər də artırıb.

Qeyd edək ki, “Qarabağ”ın 2:1 hesabı ilə qalib gəldiyi matçda Toral Bayramov iki penalti yerinə yetirib. Zərbənin biri dəqiq, digəri isə qeyri-dəqiq alınıb. Ergün futbolçu haqqında “Qalatasaray” rəhbərliyinə və baş məşqçi Okan Buruka müsbət rəy verib.

Bənzər xəbərlər