featured-image-56067

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Msport.az xəbər verir ki, matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Biletləri aşağıdakı satış məntəqələrindən əldə edə bilərsiniz:

– iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

– Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

– Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Qeyd edək ki, qarşılaşma oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Bənzər xəbərlər