featured-image-36398

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki uğurlu çıxışı Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində Bakıda Sloveniya “Olimpiya”sı ilə 1:1 hesablı ilə heç-heçə edərək, ölkə reytinqinə 0,125 xal əlavə edib.

Bununla ölkənin cari mövsümdəki xalları 2,625 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,875-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq 0,500 əmsala bərabərdir.

Qeyd edək ki, reytinqə 89,178 xalla İngiltərə liderlik edir. İspaniya (75,989) 2-ci, İtaliya (71.712) isə 3-cü pillədə qərarlaşıb.

Bənzər xəbərlər