featured-image-14357

Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını artırıb.

Msport.az xəbər verir ki, bu, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Yunanıstanda “Olimpiakos” üzərində 3:0 hesablı qələbəsi sayəsində mümkün olub.

Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0.500 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 3.000-ə, son 5 mövsümdə isə 15.625-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17.250 xalı var. 30-cu pillədə isə 12.625 xala malik Qazaxıstan qərarlaşıb.

Bənzər xəbərlər