"Qarabağ" - "Bayer" oyununa nə qədər bilet satılıb?
UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununa bilet satışı davam edir.
Msport.az xəbər verir ki, artıq qarşılaşma üçün 27 min bilet satılıb. Satışda məhdud sayda bilet qalıb.
Qeyd edək ki, “Qarabağ” – “Bayer” görüşü 7 mart tarixində saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.