"Qarabağ" bu gün "Braqa"nı qəbul edəcək
“Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Portuqaliyanın “Braqa” komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Matçı Bolqarıstandan olan Georgi Kabakov idarə edəcək. “Köhlən atlar” Portuqaliyada 4:2 hesablı qələbəyə sevinib.