featured-image-68951

UEFA rəsmi saytı vasitəsi ilə Çempionlar Liqasının təsnifat mərhələsinin yekun statistik göstəricilərini açıqlayıb.

Msport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bir neçə göstəricidə lider olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ən çox qələbə qazanıb – 5 dəfə. Bundan başqa, “Qarabağ” ən çox qol vuran komandalar siyahısında da liderdir (6 oyunda 15 qol)

Ağdam təmsilçisi rəqib qapılarına ən çox zərbə endirən ikinci komandadır (91 dəfə). Topa ən çox nəzarət edən komandalar sırasında isə “Qarabağ” 3-cüdür (55 faiz).

Bundan başqa, ən çox qayda pozuntusu ilə üzləşən 3-cü komanda (85) olub.

Bənzər xəbərlər