featured-image-48428

Qətər toplanışında olan “Qarabağ” akademiyasının komandaları yoldaşlıq oyunları keçiriblər.

Msport.az xəbər verir ki, U-15 və U-17 “Aspire Academy Friendly Series” çərçivəsində matçlarda qüvvəsini sınayıb.

Təmsilçilərimiz “Aspire”nin müvafiq yaş qrupu üzrə komandaları ilə görüşüblər. U-17-nin qarşılaşmalarında Asiya təmsilçisi 2:0 və 4:2 hesabı ilə qalib gəlib. Komandanın heyətində qolları Elgün İsaqov və Həbib Qədimov vurublar.

U-15 ilk görüşdə heç-heçə edib. “Qarabağ”ın qoluna Onur Əliyev imza atıb. İkinci matçda Qətər kollektivi qalib gəlib – 2:1. “Qarabağ”ın heyətində Polad Hüseynov fərqlənib.

Bənzər xəbərlər