featured-image-42248

“Qarabağ”ın sabiq futbolçusu Qaspar Panaderonun yeni klubu bəlli olub.

Msport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Linares”ə keçib. Bu barədə İspaniya klubunun saytı xəbər yayıb. 1-ci divizion təmsilçisi Qasparla mövsümün sonuna kimi müqavilə bağlayıb.

Qeyd edək ki, Panadero 2021-ci ilin yayında “Kadis”dən “Qarabağ”a kemişdi. O, Ağdam klubunda cəmi 4 oyunda iştirak edib. İspaniyalı yarımmüdafiəçi ötən ilin sentyabrında klubla yollarını ayırmışdı.

Bənzər xəbərlər